
“Bellingem Mbappe ilə birlikdə “Real”ın ən yaxşı futbolçusudur”
“Real”ın sabiq futbolçusu Predraq Miyatoviç komandanın yarımmüdafiəçisi Çud Bellingem haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Bellingemin komandaya böyük inam və güvən qazandırdığını deyib:
“Düşünürəm ki, o, Kilian Mbappe ilə birlikdə “Real”ın ən yaxşı futbolçusudur. Bellingem komandaya böyük inam və güvən qazandırır”.
İngiltərəli futbolçu cari mövsümdə La Liqada 7 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



