“Hamınız üçün darıxıram”

Çud Bellingem zədə səbəbindən “Real”a kömək edə bilmir. 21 yaşlı yarımmüdafiəçi La Liqanın 4-cü turu çərçivəsində keçirilən “Real” – “Betis” matçını tribunadan izləyib. “Santyaqo Bernabeu”ya toplaşan azarkeşlər onu tez-tez alqışlayıblar.

Komanda.az xəbər verir ki, bu anın videosunu çəkən ingiltərəli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:

“Hamınız üçün darıxıram”.

“Real” öz meydanında “Betis”ə 2:0 hesabı ilə qalib gəlib. “Kral klubu” İspaniya La Liqasında növbəti matçını sentyabrın 14-də səfərdə “Real Sosyedad”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button