Bellingem o matçda iştirak etmək istəyir

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “Alaves”lə növbəti oyunda iştirak etmək istəyir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Karlo Ançelottinin rəhbərlik etdiyi məşqçilər heyəti ingiltərəli futbolçuya istirahət vermək istəsə də, o, oynayıb mümkün qədər tez formada olmaq niyyətindədir.

Məşqçilər heyəti Bellingemin çiynindəki problemlərə görə ehtiyat tədbiri olaraq dincəlməsini tələb edir. 21 yaşlı yarımmüdafiəçi optimal formada olmaq üçün daha tez-tez meydana çıxmalı olduğuna əmindir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button