Bellingem: “Məğlub olmağımızın səbəbləri var”

İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem Avropa çempionatının yekunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az AS-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu son bir neçə həftə ərzində çoxlu qurbanlar verdiklərini bildirib:

“Son bir neçə həftə ərzində çoxlu qurbanlar verdik. Bilirsiz, izdihamlı təqvimlə mövsümün sonunda özünüzü belə böyük turnirdə tapmaq çox çətindir. Mənəvi, fiziki cəhətdən çətindir, yorğunuq. Amma ölkəmiz üçün hər şeyi verməyə hazırıq və bu yolda uduzmaq doğrudan da amansızlıqdır. Tarix yazmaq və İngiltərə xalqını qürurlandırmaqdan başqa bir şey istəmədik. Biz bunu edə bilmədik. Bunun səbəbləri var. Onları komanda daxilində nəzərdən keçirib qiymətləndirəcəyik”.

İspaniya və İngiltərə millilərinin qarşılaşdığı 2024-cü il Avropa çempionatının final oyunu dünən baş tutub. İspaniya yığması 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button