Mədəsində problem yarandı, “Real”ın məşqinə çıxmadı

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem komandanın bu gün baş tutan məşqində iştirak etməyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingilis futbolçu mədəsində problem olduğu üçün məşqi buraxıb.

“Kral klubu”nun tibbi heyəti Bellingemin komandanın növbəti məşqində iştirak edəcəyinə əmindir. Yarımmüdafiəçinin “Atletiko” ilə İspaniya çempionatının 6-cı tur matçında iştirak edəcəyi bildirilir.

Bellingem 2023-cü ilin iyulunda Dortmund “Borussiya”sından “Real”a keçib. 20 yaşlı oyunçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button