
“Biz mövsümü yaxşı başa vurmaq istəyirik”
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem komandasının Klublararası dünya çempionatını qazanmaq ehtimalından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunun komandanın arzusu olduğunu söyləyib:
“Biz mövsümü yaxşı başa vurmaq istəyirik, ona görə də qalib gəlməyi hədəfləyirik. Bu bir az kədərlidir, çünki indi ancaq bir titul üçün mübarizə aparmaq istəyirik. Amma bu turnir vacibdir, çünki bu, başqa tituldur və biz onu qazanmaq istəyirik. Bu, komandanın və klubun arzusudur”.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
“Real” bu mövsüm mübarizə apardığı bütün turnirləri kuboksuz başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



