
Komanda yoldaşından Karvahala dəstək mesajı
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem komanda yoldaşı Dani Karvahala müraciət edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu sosial şəbəkə hesabında belə yazıb:
“Güclü ol Dani, biz səni sevirik!”
Karvahal La Liqada “Villyarreal”la matçda (2:0) dizindən ciddi zədə alıb. Müdafiəçi bu mövsüm daha futbol meydançasında görünməyəcək.
“Kral klubu” hazırda İspaniya La Liqasının turnir cədvəlində ikinci yerdədir. Karlo Ançelottinin komandası “Barselona”dan 3 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin