Bellingem üçün daha bir “elçi”
“Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingem karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Mançester Siti”nin hədəfindədir. Futbolçunun özü də İngiltərə klubuna keçməyə hazırdır.
Eyni zamanda, “Real” və “Liverpul” da 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Bellingem 2020-ci ilin iyulundan “Borussiya”da çıxış edir. O, Dortmund klubunda 112 oyuna çıxıb, 19 qol vurub və 21 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin