Bellingem ingiltərəli futbolçunu “Real”a aparmağa çalışır

“Real”ın ingiltərəli yarımmüdafiəçisi Çud Bellingem İngiltərə millisinin və “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun “kral klubu”na potensial keçidi üçün əlaqələndirici ola bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Aleksander-Arnoldu “kral klubu”na qoşulmağa razı salmağa çalışır. Bellingemin İngiltərə millisində komanda yoldaşı olan futbolçu ilə yaxşı dostluq münasibəti var.

Arnoldun transfer dəyəri 70 milyon avro qiymətləndirilir. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

25 yaşlı müdafiəçi ötən mövsüm 37 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button