“Bellingem hazırda dünyanın ən yaxşı formada olan oyunçusudur”

“Real”ın keçmiş müdafiəçisi Fabio Kannavaro Çud Bellingemin performansı haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, İtaliya millisinin keçmiş futbolçusu Bellingemin oyununun heyranedici olduğunu bildirib:

“Bellingem hazırda dünyanın ən yaxşı formada olan oyunçusudur. Oyunu heyranedicidir. Onun başlanğıc seqmenti məni təəccübləndirdi. Sanki o, komandanın soyunub-geyinmə otağına girib dedi: “Bura mən cavabdehəm”.

Bellingem hazırda 11 qolla İspaniya çempionatının bombardiridir. İngilis futbolçu bu yay “Borussiya”dan (Dortmund) 103 milyon avroya “Real”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button