Bellingem həmyerlisini “təcavüzkar” adlandırdı

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem İspaniya çempionatının 20-ci turunun “Xetafe” ilə oyununda (2:0) həmyerlisi, rəqibin futbolçusu Meyson Qrinvudu təcavüzkar adlandırıb. 

Komanda.az “Cadena ser”-ə istinadən xəbər verir ki, bu, futbolçular arasında davadan sonra baş verib. “Xetafe” tərəfi La Liqa nümayəndəsindən bu məqamı matçın hesabatına daxil etməyi xahiş edib.

Qrinvud ötən ilin payızından “Xetafe”də icarə əsasında çıxış edir. 21 yaşlı futbolçu “Mançester Yunayted”in yetirməsidir. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.

Qrinvud zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox müddət ərzində futbol oynamayıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button