
Bellingem geri dönür
“Real”ın yarımmüdafiəçisi Çud Bellingemin yaxın vaxtlarda yenidən əsas heyətdə müntəzəm oynayacağı gözlənilir.
22 yaşlı futbolçu təxminən bir ay əvvəl çiyin əməliyyatından sağalıb, ancaq o vaxtdan bəri yalnız bir dəfə əsas heyətdə yer alıb.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, madridlilərin məşqçi heyəti Arda Gülər, Federiko Valverde, Orelyen Tçuameni və Bellingemi əvəzolunmaz oyunçu hesab edir.
Buna görə də baş məşqçi Xabi Alonso Bellingemin ən yaxşı fiziki formaya qaytarması üçün heyətdə yer açmaq məqsədilə Franko Mastantuononu kənara qoymaq məcburiyyətində qala bilər.
18 yaşlı Mastantuono bu yay “River Pleyt”dən “Real”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



