“Madriddə futbolçulara fövqəlbəşər kimi davranırlar” – Bellingem
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem İspaniyanın paytaxtı Madridin onu niyə cəlb etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu buranın çox sakit olduğunu bildirib:
“Bura çox sakitdir. İnsanlar sizi çox sevir. Futbolçuları kürsüyə qoyub fövqəlbəşər kimi davranırlar. Hər kəs bizi rahat hiss etdirmək üçün həqiqətən çox çalışır. Mənim kimi insanlara bu çox kömək edir. Mən “Birmingem” və Dortmund “Borussiya”sından gəlmişəm. Orada belə böyük klubda oynamağa və nəzarət altında olmağa heç öyrəşməmişdim”.
Bellingem 2023-cü ilin iyulunda Dortmund “Borussiya”sından “Real”a keçib. Onun transfer məbləği 103 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bellingem bu mövsüm 33 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin