
Bellingem “el klassiko”nun tarixinə düşdü
“Real”da çıxış edən yarımmüdafiəçi Çud Bellingem dünən “Barselona” ilə matçda qol vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu 2007-ci ildən bəri “Barsa”ya qarşı keçirdiyi ilk iki matçda qol vuran ilk “Real” oyunçusu olub.
Görüş “kral klubu”nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bundan əvvəl “Real”ın keçmiş hücumçusu Rud van Nistelroy da bunu bacarmışdı.
Bellingem ötən yay Dortmund “Borussiya”sından “Real”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin