“Bellingem daha tez-tez cərimə meydançasına girməyə alışmalıdır”
“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Çud Bellingemin çıxışından danışıb. “Kral klubu”nun “Alaves”lə 3:2 hesablı qələbəsi ilə başa çatan matçında ingiltərəli futbolçu məhsuldar ötürmə verib.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Bellingemin mükəmməl oynadığını bildirib:
“Bellingem bu gün mükəmməl oyun oynadı. O, ötən mövsümdə olduğu kimi, daha tez-tez cərimə meydançasına girməyə alışmalıdır”.
21 yaşlı yarımmüdafiəçi cari mövsümdə hələ ki, qol vurmayıb. O, ötən mövsüm keçirdiyi 42 matçda 23 dəfə fərqlənmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin