Bellingemə görə Avropanın 3 ən yaxşı gənc futbolçusu
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem gələcəkdə “Golden Boy” mükafatını kimin qazana biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingilis futbolçu üç nəfəri namizəd olaraq görür:
“Mən üç ad çəkəcəm. Əvvəla, Arda Gülər fenomendir, onu məşq edərkən görürük və sevinirik.
Sonra, “Borussiya”dan keçmiş komanda yoldaşım Gittens. Və nəhayət, qardaşım Cob Bellingem”.
Bellingem İtaliyanın “Tuttosport” nəşri tərəfindən mövsümün sonunda ən yaxşı gənc futbolçuya verilən 2023-cü il üçün “Godlen Boy” mükafatına layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin