
“Bellingem artıq böyük futbolçudur” – Fabreqas
İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas “Golden Boy” mükafatını alan “Real”ın yarımmüdafiəçisi Çud Bellingem haqda fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Fabreqas, ingilis futbolçunun inanılmaz karyerası olacağını bildirib:
“Bellingem artıq böyük futbolçudur. O, gələcəyi əlində olan inanılmaz istedaddır. Onun inanılmaz karyerası olacaq. Buna heç bir şübhəm yoxdur”.
Bellingem İtaliyanın “Tuttosport” nəşri tərəfindən ən yaxşı gənc futbolçuya verilən 2023-cü il üçün “Godlen Boy” mükafatına layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin