
Bellingem 3-cü oldu
“Real” İspaniya La Liqasının 3-cü turunda “Selta” ilə qarşılaşıb (1:0). Qələbə qolunu 20 yaşlı Çud Bellingem vurub.
Komanda.az “Opta” nəşrinə istinadən xəbər verir ki, bu qol ingiltərəli üçün əlamətdar olub. O, Kriştiano Ronaldo və Uesli Sneyderdən sonra “Real”da keçirdiyi ilk 3 matçda qol vuran üçüncü futbolçu kimi tarixə düşüb.
“Kral klubu” 2023/24 mövsümündə ölkə çempionatında 3 oyuna çıxıb və 3 qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin