“Barselona” futbolçusunun durumunu açıqladı
“Barselona” klubu rəsmi saytında müdafiəçi Hektor Belerinin tibbi müayinəsinin nəticələrini açıqlayıb.
Komanda.az xəbər verir ki, tibbi müayinələr zamanı Belerinin sol ayağının alt əzələsinin zədələnməsi diaqnozu qoyulub. Müdafiəçinin sağalmasının 3-4 həftə çəkəcəyi gözlənilir.
Xatırladaq ki, futbolçu Kataloniya komandasının məşqində zədələnib və ayağındakı narahatlıq səbəbindən məşqi başa vura bilməyib.
Bellerin 2022-ci ilin yayında bir illik müqavilə imzalayaraq, “Barselona”ya keçib. O, bu mövsüm iki oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin