“Barselona”ya keçmək üçün bunu edib
“Barselona”nın yeni müdafiəçisi Hektor Bellerin Kataloniya klubunda oynamaq üçün maaşının böyük hissəsindən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano şəxsi “tvitter” hesabında yazıb.
27 yaşlı ispaniyalıya A Seriyasından da iki təklif gəlib. Lakin futbolçu “Barsa”ya keçmək üçün onları rədd edib.
Bellerin sentyabrın 1-də “Barselona” ilə bir illik müqavilə imzalayıb. O, əvvəllər katalonların gənclərdən ibarət komandalarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin