Fellaini və Vitseldən sabiq klublarına yardım
Belçikanın “Standard” klubu maliyyə böhranı yaşayır.
Komanda.az xəbər verir ki, Lyej təmsilçisi mayın 5-nə qədər yerli federasiyanın tələblərini qarşılaya bilməzsə, elitadan qovulacaq. Bu barədə Belçika mətbuatı məlumat yayıb.
“Standard”ın keçmiş futbolçuları Maruan Fellaini və Aksel Vitsel yetirmələri olduğu kluba yardım ediblər. Belə ki, Fellaini 3 milyon, Vitsel isə 1,5 milyon avro klub rəhbərliyinə borc verib.
Fellaini 2004-2008, Vitsel isə 2004-2011-ci illər aralığında “Standard”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin