Premyer Liqa klubu ukraynalı hücumçu ilə maraqlanır

Belçikanın “Gent” klubunun və Ukrayna yığmasının hücumçusu Roman Yaremçuk karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Vulverhempton” klubu yaxından maraqlanır. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Xəbərdə, Premyer Liqa təmsilçisinin yayda Yaremçuk üçün “Gent”lə danışıqlara başlayacağı bildirilib.

Hücumçu bu mövsüm “Gent”lə 27 oyunda 15 qol vurub. Ukrayna milli komandasının da üzvü olan futbolçunun “transfermarkt”da dəyəri 13 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button