Kumanın köməkçisi baş məşqçi oldu
Belçikanın “Brügge” komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, komandanın “sükan”ı Alfred Şrederə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Şreder son olaraq “Barselona” klubunda keçmiş baş məşqçi Ronald Kumanın köməkçisi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin