“Anderlext”in keçmiş baş meneceri həbs olundu
Belçikanın “Anderlext” klubunun sabiq baş meneceri Herman van Holsbek saxlanılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı funksioner korrupsiya və “çirkli pullar”ın yuyulmasında ittiham olunur. Holsbek 2003-2016-cı illərdə “Anderlext” klubunda çalışıb.
Bir müddət əvvəl “Real”ın qapıçısı Tibo Kurtuanın meneceri Kristof Henrotay da korrupsiya və “çirkli pullar”ın yuyulmasında şübhəli bilinərək, saxlanılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin