Lukakunun gələcəyi Osimhendən asılıdır

“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını “Napoli”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun keçidi Viktor Osimhenin PSJ-yə mümkün transferindən asılıdır.

31 yaşlı forvard maaşını 11 milyon avrodan 6 milyona endirməyə hazırdır. O, yenidən Antonio Kontenin rəhbərliyi altında – bu dəfə “Napoli”də oynamaq istəyir.

Lukaku ötən mövsüm icarə əsasında “Roma”da çıxış edib. O, romalıların heyətində 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button