“Mançester Yunayted”in hücumçusu “Yuventus”un hədəfində

“Mançester Yunayted”in forvardı Romelu Lukaku karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, belcikalı hücumçu “Yuventus”un maraq dairəsinə düşüb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Yuventus” rəhbərliyinin “qırmızı seytanlar”la ilkin danışıqlara başladığı və transferin mövsümün sonunda reallaşacağı bildirilir.

Lukaku bu mövsüm Premyer Liqada 25 qarşılaşmada iştirak edərək, 10 qol vurub. 26 yaşlı hücumçunun “Mancester Yunayted”lə 2022-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button