AÇ-2020: Belçika millisinin zədəliləri sağaldı

Belçika yığmasının zədəli futbolçuları Kevin de Bruyne və Aksel Vitsel sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə millinin mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu artıq komanda ilə məşqlərə qoşulub.

Kevin və Vitsel zədə səbəbindən Belçika yığmasının AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Rusiya millisini məğlub etdiyi matçda (3:0) iştirak etməmişdilər.

Belçika millisi AÇ-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində, iyunun 17-də Danimarka yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button