“Bilmirəm bu turnirdə niyə oynayırıq” – Kurtua
Belçika yığmasının qapıçısı Tibo Kurtua Millətlər Liqasının yarımfinalında Fransaya uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kurtua, 2:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Sakit qalmağı bacara bilmədik. Rəqibin gücünə baxanda bu normal görünə bilər. Amma ikinci hissədə belə təzyiqə dözməliydik.
Məğlub olduğumuz üçün xəyal qırıqlığına uğradıq. Bilmirəm bu turnirdə niyə oynayırıq. Üçüncü yer uğrunda İtaliyaya qarşı oynamasaq da olar”.
Millətlər Liqasının bürünc medalı uğrunda keçiriləcək İtaliya – Belçika matçı oktyabrın 10-da olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin