Belçika yığmasının futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Belçika yığmasının futbolçusu Şarl De Ketelare AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxa bilər.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb onun məşq zamanı zədələnməsidir.

İtaliyanın “Atalanta” klubunun üzvü dizindən xəsarət alıb. Bu üzdən o, komandasının qarşıdakı matçlarında iştirak edə bilməyəcək. 22 yaşlı oyunçu millilərin iştirakı ilə baş tutacaq oyunlar zamanı bərpa dövrü keçəcək. Onun Belçika yığmasına çağırılmaq şansı da azdır.

Noyabrın 15-də Serbiya ilə yoldaşlıq görüşü keçirəcək Belçika millisi bundan 4 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button