
Belçika – Rumıniya matçının ən yaxşı futbolçusu müəyyənləşdi
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Belçika – Rumıniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
O, görüşdə bir qolla yadda qalıb. Belçika yığması isə bu oyunda 2:0 hesablı qələbəyə sevinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin