“Belçika qrupun favoritidir” – Ranqnik

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.

Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis, Azərbaycan yığmasının da yer aldığı F qrupunun favoritinin Belçika olduğunu deyib:

“Qrupumuz daha asan, eyni zamanda, nisbətən çətin ola bilərdi. Belçika qrupun favoritidir. Amma bizim məqsədimiz bu qrupdakılar da daxil olmaqla bütün rəqibləri məğlub edə biləcək qədər inkişaf etməkdir. Eyni zamanda, Avropa çempionatının final mərhələsinə vəsiqəni hədəfləyirik. Buna nail olmaq üçün hər şeyi edəcəyik”.

AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Seçmə mərhələyə gələn ilin mart ayında start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button