Belçika millisinin üzvü: “Arsenal”la danışıqlar müsbət gedir”

Belçika millisinin üzvü Yannik Ferreyra Karrasko karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu İspaniyanın “Sport” nəşrinə açıqlamasında deyib. O, “Arsenal” klubu ilə danışıqlar apardığını bildirib:

“Arsenal”la danışıqlar müsbət gedir. Hazırda “Dalyan İfan” klubunda çıxış edirəm və komandam üçün vacib oyunçulardan biriyəm. Ancaq ümid edirəm ki, onlar getməyimə icazə verəcək. Karyeramı İngiltərədə davam etdirmək istəyirəm”.

2018-ci ilin fevralında “Atletiko”dan “Dalyan İfan” klubuna keçən Karraskonun Çin təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button