Belçika millisinin üzvü “Çelsi”dən ayrıldı

“Kristal Pelas” heyətini “Çelsi”nin hücumçusu ilə gücləndirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın 25 yaşlı futbolçusu Mişi Batşuayi mövsümün sonuna qədər icarə əsasında “Kristal Pelas”da çıxış edəcək.

Belçika millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında “Valensiya”da keçirmişdi.

2016-cı ildən “Çelsi”də çıxış edən Batşuayi, 2018-ci ildə “Borussiya”da (Dortmund) da icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button