“Everton”dan Belçika klubuna
Belçika millisinin sabiq üzvü Kevin Miralyasın yeni iş yeri bəlli olub.
Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Antverpen” klubuna keçib. Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Miralyasla 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Lill”, “Olimpiakos”, “Fiorentina”, “Everton” kimi klublarda çıxış edən Miralyas, 60 dəfə də Belçika millisinin formasını geyinib.
Miralyasın son klubu “Everton” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin