Belçika millisinin futbolçusu Azərbaycanla oyunu buraxacaq

Belçika millisinin futbolçusu Amadu Onana AÇ-2024-ün seçmə mərhələsinin son turunda Azərbaycanla keçiriləcək oyunu buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

Baldır nahiyəsindən xəsarət alan 22 yaşlı oyunçunun tibbi müayinədən sonra millimizlə matçda iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu səbəbdən Onana yığmanın düşərgəsini tərk edib.

Noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Azərbaycan millisi sə 7 xalla 4-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button