Belçika millisinin baş məşqçisi: “Azərbaycan çox ciddi rəqibdir”

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis heyətdə bəzi dəyişikliklər olacağını deyib:

“Azərbaycan çox ciddi rəqibdir. Start heyət haqda heç nə deməyəcəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik. Yeri gəlmişkən, Azərbaycan İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdi. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq”.

Noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Azərbaycan millisi isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button