Lopeteqi milli komandaya rəhbərlik edə bilər
“Vest Hem”in keçmiş baş məşqçisi Xulen Lopeteqi tezliklə yeni işinə başlaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Belçika millisinin “sükanı arxasına” keçməyə namizəd sayılır. Daha əvvəl almaniyalı mütəxəssis Domeniko Tedesko Belçika millisinin baş məşqçi postunu tərk edib. Lopeteqi təyin olunarsa, Tedesko ilə münasibəti yaxşı olmayan qapıçı Tibo Kurtua milliyə qayıda bilər.
Lopeteqi 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarınadək “Vest Hem”in baş məşqçisi vəzifəsində çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin