Belçika millisi ilk oyunda məğlubiyyətə üzüldü
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.
Komanda.az xəbər verir ki, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.
Xatırladaq ki, E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələmişdi.
AÇ-2024
E qrupu
17 iyun
Belçika – Slovakiya 0:1
Qol: Şrants, 7.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Frankfurt. “Valdstadion”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin