Yeni bombardiri salamlayın!

Belçika millisi AÇ-2020-nin seçmə mərhələsinin 7-ci turunda San Marino yığmasını darmadağın edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 9:0 hesabıyla bitən qarşılaşmada dubl edən Romelu Lukaku, Belçika yığmasının yeni bombardiri olub.

Belə ki, 26 yaşlı hücumçu millidə keçirdiyi 83 oyunda 51 qol vurmağı bacarıb. 2010-cu ildən milliyə dəvət alan Lukaku, Belçika millisində ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button