AÇ-2020: “Belçika millisi Ronaldoya qarşı yox, Portuqaliyaya qarşı oynayacaq”
Belçika milli komandasının futbolçusu Yan Vertongen AÇ-2020-nin 1/8 final mərhələsində Portuqaliyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Vertongen, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo haqda da danışıb:
“Portuqaliyalı azarkeşlər çox emosionaldır. Xoşbəxtlikdən oyun bazar günüdür. Uşaqlarım Portuqaliyada təhsil alır. Ancaq bu gün onlar “qırmızı şeytanlar”ın formasını geyinəcəklər.
Portuqaliyalıların 99 faizi Ronaldonun millidəki formasını geyinir. Ona çox hörmət edirəm. Belçika millisi Ronaldoya qarşı yox, Portuqaliyaya qarşı oynayacaq. Onların da yaxşı futbolçuları var, bizim də.
Romelu Lukaku? Onu 16 yaşından tanıyıram. O, bənzərsiz bir yol keçib. Hazırda dünyanın ən yaxşı hücumçularındandır. Onun çalışqanlığı göz qabağındadır. O, hamı üçün nümunə olmalıdır”.
Bu gün keçiriləcək Belçika – Portuqaliya matçı saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin