AÇ-2020: “Komandam üçün hər şeyimi verməyə çalışdım”

Belçika milli komandasının futbolçusu Kevin de Bruyne AÇ-2020-nin 1/4 final mərhələsində İtaliya yığmasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, de Bruyne, 1:2 hesabıyla bitən matçı belə şərh edib:

“Zədələrə görə çətin turnir keçirdik. İkinci hissədə bir neçə qol imkanımız var idi. Lakin ikinci qolu vura bilmədik. Yüksək səviyyəli rəqibə məğlub olduq.

Mən əlimdən gələni etdim. İki aydır zədələrə görə çoxlu problemlər yaşayıram. Komandam üçün hər şeyimi verməyə çalışdım. Növbəti dəfə artıq qazanmaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button