Belçika millisinin üzvündə koronavirus aşkarlandı

Belçika milli komandasının bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, müdafiəçi Brendon Mexelenin koronavirusa yoluxduğu və onun yığmanın düşərgəsini tərk etdiyi bildirilib.

“Brügge” klubunun futbolçusu olan 27 yaşlı müdafiəçi Belçika millisində bir oyun keçirib.

Belçika yığması Millətlər Liqasının 2-ci turunda bu gün İslandiya ilə qarşılaşacaq. Görüş saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button