Roberto Martines “Barselona”nın baş məşqçisi olacaq? – açıqlama

Belçika milli komandasının baş məşqçisi Roberto Martines adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Martines, xəbərlərin şayiə olduğunu deyib:

“Sizin də təxmin etdiyiniz kimi, mən tərəfdən deyiləcək bir şey yoxdur. Hər zaman belə şayiələr olur. Xüsusilə, komanda üç oyun uduzursa, səslər daha yüksəkdən gəlir”.

“Barselona”da baş məşqçi Ronald Kumanla yolların ayrılacağı gözlənilir. Martines niderlandlı mütəxəssisin yerinə namizədlərdəndir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button