“Komandaya fayda verə bilməyəcəyimi düşünsəm, ayrılaram”
Belçika milli komandasının baş məşqçisi Roberto Martines yığmadakı gələcəyiylə bağlı danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Martines, millidəki işinə davam edəcəyini deyib:
“Komandaya fayda verə bilməyəcəyimi düşünsəydim, hamıdan əvvəl özüm ayrılmaq istəyimi bildirərdim. İtaliya yığmasına məğlubiyyət böyük xəyal qırıqlığı yaratdı. Artıq dünya çempionatına hazırlaşmağa başlamışıq. Komandaya fayda verə bilməyəcəyimi düşünsəm, ayrılaram”.
Martinesin rəhbərlik etdiyi Belçika yığması AÇ-2020-nin 1/4 finalında İtaliyaya məğlub olub – 1:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin