Belçika klubuna ağır cəza

Belçikanın “Anderlext” klubu cəzalandırılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Belçika Futbol Assosiasiyası “Anderlext”ə, yerli çempionatın pley-off mərhələsinin 4-cü turunun “Standard”la görüşündə azarkeşlərin səbəb olduğu hadisələrə görə cəza verib.

Sözügedən qarşılaşma zamanı “Anderlext” azarkeşləri priotexniki vasitələrdən istifadə edib, meydana fişənglər atıb. “Standard”ın 2:0 hesabda öndə olduğu vaxtda oyun dayandırılıb və daha sonra təxirə salınıb.

Belçika Futbol Assosiasiyası “Anderlext”ə 0:5 hesablı texniki məğlubiyyət verib. Bununla yanaşı, Brüssel təmsilçisi növbəti ev oyununu boş tribunalar qarşısında keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button