Nigeriyalı hücumçu göldə boğuldu
Belarusun “Vitebsk” klubunun futbolçusu Kelvin Odeniqbo vəfat edib.
Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu Beloe gölündə boğularaq ölüb. Bu barədə “Vitebsk”in mətbuat xidməti məlumat yayıb.
Mərhum futbolçu “Vitebsk” ilə bu mövsüm 4 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin