3 turdan sonra kolxoza işləməyə getdilər
Belarusun “Rux” komandasının futbolçuları çempionatın ilk üç turundan sonra kolxoza işləməyə gediblər.
Komanda.az xəbər verir ki, bu barədə klubun idman direktoru Sergey Prisyajnuk “Tribuna” nəşrinə açıqlamasında deyib. O, komanda üzvlərinin ardıcıl üç heç-heçədən sonra kolxoza işləməyə getdiklərini bildirib:
“Bəli, kolxoza getdik, bir az işlədik. Bu, öz qərarımız idi. Futbolçulara bildirdik, onlar da dəstək oldu. Biri kilsəyə gedir, şam yandırır. Biz də kolxoza getməyə qərar verdik. Əvvəllər biz də kilsəyə gedirdik, ancaq bu dəfə fərqli üsul sınamaq istədik”.
“Rux” çempionatın 4-cü turunda “İsloç”u minimal hesabla məğlub edib – 1:0. Brest təmsilçisi hazırda 6 xalla 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin