Belarus klubunun futbolçusu koronavirusa yoluxdu
Belarusun “Minsk” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə “Presball” nəşri məlumat yayıb. Xəbərdə, “Minsk”də adı açıqlanmayan bir futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib. “Minsk”in bütün heyəti və işçiləri koronavirus testindən keçəcək.
Belarus çempionatı hazırda davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin