“Heç kimi zorla stadiona aparan yoxdur” – nazir

Belarusun idman və turizm naziri Sergey Kovalçuk futbol üzrə ölkə çempionatının koronavirusun yayılmasına baxmayaraq davam etdirilməsi haqda danışıb.

Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Kovalçuk, hazırda vəziyyətin nəzarətlərində olduğunu deyib:

“Hər gün ölkədəki vəziyyəti izləyirik. Kimsə deyirsə ki, vəziyyətə nəzarət etmirik, çox səhv edir. Səhiyyə nazirliyinin tövsiyələrini izləyirik.

Vəziyyət pisləşərsə, sərt tədbirlər görüləcək. Ancaq indi belə zərurət yoxdur. Çempionat maraqlıdır, insanlar izləyirlər. Futbol bir nömrəli idman növüdür.

Çempionatı dayandırmaq üçün heç bir əsas yoxdur. Stadionda tamaşaçıların sayı azalıb. Əsas odur ki, hər bir vətəndaş mövcud vəziyyəti düzgün başa düşsün. Heç kimi zorla stadiona aparan yoxdur”.

Avropada yalnız Belarusda ölkə çempionatı davam etdirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button