“Belarusla görüşməyimiz çox xoşdur” – Azərbaycan millisinin baş məşqçisi
Azərbaycanın qadınlardan ibarət futbol yığmasının (U-16) baş məşqçisi Nərgiz Qurbanova UEFA-nın inkişaf turnirinin açılış matçında Minskdə Belarus yığmasına məğlubiyyəti (1:3) şərh edib.
Komanda.az Belarus Futbol Federasiyasına istinadən xəbər verir ki, Qurbanova yığmanın təcrübə topladığını deyib:
“2009-cu il təvəllüdlü qızlarımız ilk dəfə bu səviyyədə turnirdə çıxış edirlər. Bu, bizim üçün böyük təcrübədir və Belarusla görüşməyimiz çox xoşdur. Çünki bu, A kateqoriyalı komandadır, biz isə B kateqoriyasında olan komandayıq. Bu mənada, qızların təcrübəli komandaya qarşı oynamaq və onları görmək imkanı var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin